Haqqımızda

Baki Kimya haqqında

Baki Kimya MMC 2017-ci ildən fəaliyyət göstərir. Təsisçilərimizin kimya sənayesində təcrübəsi 1997-ci ildən başlayır. Əsas fəaliyyət istiqamətimiz neft-qaz və neft-kimya sənayesi üçün kimyəvi məhsulların idxalı və təchizatıdır. Digər sənaye sahələrində fəaliyyət göstərən müəssisələri də kimyəvi xammalla təmin edirik. Məhsulların saxlanılmasını və daşınmasını təşkil edirik. Ümumi sahəsi 7000 m²-dən çox olan anbarlardan istifadə edirik.

Baki Kimya haqqında
7000+ m²
Anbar sahəsi
10
Xüsusi təyinatlı avtosisterna
10
Yük avtomobili
5
Avtokar
2 × 60 m³
HCl saxlama qurğusu
Logistika və nəqliyyat

Logistika və nəqliyyat

Baki Kimyanın nəqliyyat və yükləmə texnikasına 10 xüsusi təyinatlı avtosisterna, 10 yük avtomobili və 5 avtokar daxildir. Bu texnika kimyəvi məhsulların daşınması, yüklənməsi və boşaldılması, anbar daxilində yerləşdirilməsi və müştərilərə operativ çatdırılması üçün istifadə olunur.

Xüsusi təyinatlı nəqliyyat

Xüsusi təyinatlı nəqliyyat

Baki Kimya MMC-nin nəqliyyat parkında müxtəlif növ yüklərin daşınması üçün qoşqu və yarımqoşqular, o cümlədən aşındırıcı kimyəvi maddələrin daşınması üçün xüsusi təyinatlı sisternlər mövcuddur. Xlorid turşusunun daşınması üçün sisternlərin hazırlanması xüsusi texniki həllər tələb edir. Baki Kimya MMC Azərbaycanda bu təyinatlı sisternə malik azsaylı şirkətlərdən biridir.

Anbar infrastrukturu

Anbar infrastrukturu

Baki Kimya 7000 m²-dən çox ümumi anbar sahəsinə malikdir. Müxtəlif məhsul qrupları üçün saxlama sahələri onların xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunub. İnfrastruktura aqrokimyəvi məhsullar üçün ayrıca ixtisaslaşdırılmış anbar və xüsusi temperatur rejimi təmin olunan saxlama sahəsi daxildir.

IBC konteyner parkı

IBC konteyner parkı

Baki Kimya MMC-nin IBC konteyner parkında həmçinin satış üçün nəzərdə tutulmuş, standartlara uyğun boş konteynerlər daim mövcuddur. Konteynerlərin çeşidi, texniki xüsusiyyətləri və satış şərtləri barədə ətraflı məlumat üçün şirkətlə əlaqə saxlamaq mümkündür.

Əraziyə qulluq və iş mühiti

Əraziyə qulluq və iş mühiti

Baki Kimya MMC-nin müəssisəsinin ərazisində və ətrafında bu günədək minlərlə ağac əkilmiş və yaşıllaşdırma işləri aparılmışdır. Ərazidə daimi ekoloji monitorinq həyata keçirilir, yeni yaşıllaşdırma, baxım və təmizlik işləri davamlı olaraq yüksək səviyyədə aparılır.

“Yaşıl dəhliz” — idxal logistikasının sadələşdirilməsi

“Yaşıl dəhliz” — idxal logistikasının sadələşdirilməsi

Ölkə rəhbərliyi tərəfindən sahibkarlar üçün yaradılmış imkanlardan yararlanaraq, Baki Kimya MMC idxal əməliyyatlarında “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edir. Sistemin tələblərinə uyğun yüklər gömrük prosedurlarına riayət olunmaqla əlavə terminal əməliyyatları olmadan birbaşa şirkətin anbarına çatdırılır. Bu qayda yüklərin anbara qəbul müddətini qısaldır və idxal prosesində logistik mərhələlərin sayını azaldır.

Xlorid turşusunun saxlanılması

Xlorid turşusunun saxlanılması

Baki Kimya MMC-nin xlorid turşusunun saxlanılması üçün hər birinin tutumu 60 m³ olan, xüsusi materiallardan hazırlanmış və xüsusi təyinatlı nasoslarla təchiz edilmiş 2 ədəd çəni mövcuddur. Ümumi tutumu 120 m³ olan bu çənlər xlorid turşusunun təhlükəsiz və nəzarət olunan şəraitdə saxlanılması üçün nəzərdə tutulub.

Kaustik soda məhlullarının hazırlanması

Kaustik soda məhlullarının hazırlanması

Baki Kimya MMC-nin istehsalat sahəsində kaustik soda məhlullarının hazırlanması üçün sənaye mikserləri mövcuddur. Bu avadanlıq müştərilərin texnoloji tələblərinə uyğun olaraq məhlulun konsentrasiyasını tənzimləməyə və məhsulu istifadəyə hazırlamağa imkan verir.

Sertifikatlar, lisenziyalar və standartlar

Baki Kimya fəaliyyətində keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və əməyin mühafizəsi üzrə beynəlxalq standartları rəhbər tutur. Şirkətin sertifikatları və lisenziyaları aşağıda təqdim olunur.

Təchizat ehtiyaclarınızı müzakirə edək

Qiymətlər və təchizat şərtləri barədə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.